Təcili Tibbi Yardım yaralıların köməyinə çatmadı: Həkimlər Oqtay Şirəliyevi ittiham etdi -FOTO

Təcili Tibbi Yardım yaralıların köməyinə çatmadı: Həkimlər Oqtay Şirəliyevi ittiham etdi -FOTO

Hazırda oxunan: Təcili Tibbi Yardım yaralıların köməyinə çatmadı: Həkimlər Oqtay Şirəliyevi ittiham etdi -FOTO

31604

 

Dünən Bakı-Qazax yolunun  Hacıqabul rayonu Qarasu kəndindən keçən hissəsində dəhşətli yol qəzası bar verib. Moderator.az-ın xəbərinə görə, qarşı-qarşıya gələn iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada hər iki maşında olanlar ağır xəsarət alıb. Yaralıları ərazidən keçən digər avtomobil sürücüləri əzilmiş maşından çıxarıb. Səhiyyə Nazirliyinin 103 xidmətinə zənglər olsa da Təcili Tibbi Yardım maşınları yaralıların köməyinə 1 saat sonra gəlib. Bu isə ağır vəziyyətdə olanların durumunun da daha pisləşməsinə  səbəb olub. yaralılardan bir nəfər ölüb, digər 3 nəfər isə yaralanıb.

 

Moderator.az-ın əməkdaşı Hacıqabul Rayon Təcili Tibbi Yardım Stansiyası ilə əlaqə saxlayaraq gecikmənin səbəbi ilə maraqlanıb. Stansiyadan saytımıza bildirib ki, onların xidmətində olan Təcili Tibbi Yardım maşınları Sovet dövründən qalma olduqlarından çağırışlara gecikirlər. 

 

Stansiyanın həkimləri dəfələrlə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etsələr də heç bir nəticə olmadığını deyiblər.

Adının çəkilməsini istəməyən həkimlərdən biri onu da əlavə edib ki, tez-tez yol qəzalarının baş verdiyi bu ərazidə onlar hadisə yerinə hər zaman gecikirlər. Çünki, avtomobilləri yüksək sürətlə idarə etmək mümkün deyil. Səhiyyə Nazirliyi isə yaranmış bu duruma laqeyiddir.  

 

Moderator.az

 

Təcili Tibbi Yardım yaralıların köməyinə çatmadı: Həkimlər Oqtay Şirəliyevi ittiham etdi <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/269.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO