100 nəfər həbsxanadan qaçdı

100 nəfər həbsxanadan qaçdı

Hazırda oxunan: 100 nəfər həbsxanadan qaçdı

31046

İraqın məşhur “Əbu Qureyb” və “Taci” həbsxanalarından məhkumların kütləvi qaçışı olub. “Star” qəzetinin yaydığı xəbərə görə, bu, silahlı bir qrupun həbsxanalara silahlı hücumundan sonra mümkün olub. Məlumata görə, hadisə zamanı tərəflər arasında baş vermiş atışmada 27 nəfər ölüb, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 100 məhkum isə həbsxanadan qaçmağa müvəffəq olub. 

İraq parlamenti Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Hakim əz Zamlı bildirib ki, bu cür hücumlar nəticəsində 500 min “Əl Qaidə” terrorçusu İraq həbsxanalarından qaçıb. 

Zamlı bu işin belə qalmayacağını, məsələnin araşdırılacağını və məsul şəxslərin cəzalandırılacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO