Türkdilli dövlətlər gömrük sazişi imzalayacaq

Türkdilli dövlətlər gömrük sazişi imzalayacaq

Hazırda oxunan: Türkdilli dövlətlər gömrük sazişi imzalayacaq

94140

"Biz gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalamaq üzrəyik".

Bizim.Media xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

"Bu sənəd gömrük işlərini asanlaşdıracaq, ona görə də çox vacib sənəddir", - deyə o, qeyd edib.

Bundan başqa, qonağın sözlərinə görə, türkdilli ölkələr arasında Azad Ticarət Rejiminin yaradılmasına hazırlıq gedir: "Hazırda buna çalışırıq. Avropa İttifaqı bu prosesdən uzun illər əvvəl keçib. Əminəm ki, biz də buna gələcəkdə nail olacağıq", - deyə B.Amreyev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO