İcbari sığorta ilə özəl tibb müəssələrinə verilən göndərişlərin SAYI AÇIQLANDI – RƏSMİ

İcbari sığorta ilə özəl tibb müəssələrinə verilən göndərişlərin SAYI AÇIQLANDI – RƏSMİ

Hazırda oxunan: İcbari sığorta ilə özəl tibb müəssələrinə verilən göndərişlərin SAYI AÇIQLANDI – RƏSMİ

601337

2025-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən özəl tibb müəssisələrinə və sahəvi tabeliliyi olan dövlət tibb müəssisələrinə 284,9 min göndəriş verilib.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, özəl tibb müəssisələrinə 106,7 min (37%) sayda radioloji xidmətlərə, 61,4 min (22%) sayda oftalmoloji xidmətlərə, 51,5 min (18%) sayda invaziv radioloji xidmətlərə, 11,5 min (4%) sayda ürək-damar cərrahiyyəsi xidmətlərinə, 8,8 min (3%) sayda uroloji xidmətlərə, 6,2 min (2%) sayda travmataloji xidmətlərə, 2,6 min (1%) sayda neyrocərrahiyyə xidmətlərinə, 1,5 min (1%) sayda kardioloji xidmətlərə, 128 (0,1 %) sayda ginekoloji xidmətlərə və 34,6 min (121 %) sayda digər xəstəlik qrupları üzrə göndərişin verilməsi həyata keçirilib. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO