Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

600771

Martın 10-da Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildiriblər ki, Baş nazir, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsində olan Portfel Şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-nin portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib.
 

AİH-in Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və iclasa dəvət olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov iclasda təqdim olunan məsələlərə dair çıxış ediblər.


İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO