2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edildi

Hazırda oxunan: 2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edildi

55976

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha beş KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Agentlikdən verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.

“Startap” şəhadətnaməsi “Pickpoint” MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması, “Smor” MMC-nin avtomobil ehtiyat hissələrinin satışı üçün marketpleys, “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb platforma, “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb platforma və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO