Cari ilin yanvar-noyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 997 293,4 min ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 146 026,1 min dollar və ya 17,15 faiz çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilir.
Bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 509 000,7 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 12,7 faiz çoxdur.
Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 22,2 faiz artaraq 488 292,6 min dollara bərabər olub. Nəticədə, cari ilin ilk 11 ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 20 708,1 min dollarlıq mənfi saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.
Bizim.Media