Azərbaycanda bu il 157 milyon ton yük daşınıb – RƏSMİ

Azərbaycanda bu il 157 milyon ton yük daşınıb – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda bu il 157 milyon ton yük daşınıb – RƏSMİ

0:00
0:00
47690

Azərbaycanda 2021-ci ilin yanvar-oktyabr aylarında nəqliyyat sektorunda 156 milyon 892,1 min ton yük daşınıb.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox olub.

Belə ki, ötən ilin müvafiq dövründə daşınan yüklərin həcmi 155 milyon 545,6 min ton olub.

Yüklərin böyük hissəsi avtomobillər vasitəsi ilə daşınıb. Bu cür yüklərin həcmi 90 milyon 173,2 min tona bərabər olub.

Dəmir yolu ilə 12 milyon 265,3, dəniz vasitəsilə 4 milyon 481,7 min ton, hava vasitəsilə 410,6 min ton, boru kəməri ilə 49 milyon 561,3 min ton yük daşınıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO