Alman sahibkarların Azərbaycana işgüzar səfərindən FOTOLAR

Alman sahibkarların Azərbaycana işgüzar səfərindən FOTOLAR

Hazırda oxunan: Alman sahibkarların Azərbaycana işgüzar səfərindən FOTOLAR

47354

Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir müavini Rəhman Hümmətovun başçılıq etdiyi nümayəndə heyəti ilə alman sahibkarları arasında görüş keçirilib.

Alman nümayəndə heyətinin tərkibində nəqliyyat, logistika, konsaltinq və tikinti sahəsində fəaliyyət göstərən şirkətlər təmsil olunub.
 

Görüş zamanı alman şirkətləri layihələrini təqdim edib, təkliflərini səsləndiriblər. Yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanların müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.


R.Hümmətov çıxış edərək Almaniya – Azərbaycan arasındakı müvafiq sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir müavini işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib və alman şirkətlərini maraqlandıran məsələlər ətraflı müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO