“Növbəti ildə Azərbaycanda daha çox inkişaf sahə turizm sektorunda olacaq”.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə parlament büdcəsi zamanı deputatların səsləndirdiyi təklifləri cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq
Nazir müavini deyib ki, 2022-ci ildə turizm sektorunda artım 48 faiz olması proqnozlaşdırılır.
"Növbəti inkişaf sahəsi İKT sektoru olacaq. Bu beynəlxalq proqnozlara uyğundur. Düzdür, biz daha çox artım gözləyirik" - nazir müavini bildirib.
Vüsalə Balayeva, Bizim.Media