Azərbaycanda kompüter istehsalı artıb - RƏSMİ

Azərbaycanda kompüter istehsalı artıb - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda kompüter istehsalı artıb - RƏSMİ

46909

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 175,6 milyon manatlıq məhsul istehsal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 5,5 faiz artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dərman istehsalı 90 faiz artıb – RƏSMİ


Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 4,4 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,2 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 68,4 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 39,0 faiz artıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO