10 ayda 700 milyon manatlıq tikinti materialı istehsal olundu

10 ayda 700 milyon manatlıq tikinti materialı istehsal olundu

Hazırda oxunan: 10 ayda 700 milyon manatlıq tikinti materialı istehsal olundu

46273

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 699,9 milyon manat olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 79 faiz çoxdur.

Betondan yığma tikinti konstruksiyaların istehsalı 2,2 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 35,7 faiz, tikinti kərpicinin istehsalı 30,8 faiz, tikinti gipsinin istehsalı 30,6 faiz, tikinti əhənginin istehsalı 3,3 faiz artıb.

Asfaltın istehsalı isə 0,2 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO