“Qarabağın qaz təminatı 4 mərhələdə həyata keçiriləcək” - RƏSMİ

Hazırda oxunan: “Qarabağın qaz təminatı 4 mərhələdə həyata keçiriləcək” - RƏSMİ

42435

“Bu ilin sonuna qədər işğaldan azad edilən bölgənin elektrik enerjisi ilə təmin edilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib”.

Bizim.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, bu hədəfə uyğun olaraq Laçın, Kəlbəcər və Suqovuşanda 20MVT gücündə 4 su elektrik stansiyasından 3-ü bərpa edilib, 9 ədəd 110 kVt-luq yarımstansiyanın quruculuq işləri demək olar ki, yekunlaşıb:

“Bölgənin təbii qazla təminatı isə təxminən 4 mərhələdə həyata keçiriləcək. Strateji hədəflər isə daha böyükdür və bu cənab prezidentin bizə tapşırdığı kimi Qarabağı “yaşıl enerji” zonasına çevirməkdən ibarətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO