Oktyabrın 11-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,9% azalaraq 0,1897 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır. Bundan əvvəl tarixi minimum cari ilin sentyabrın 30-da qeydə alınmışdı.
Bizim.Media xəbər veirr ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir sözügedən səviyyəyə enib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ
Təkcə son bir ayda lirə manata nisbətdə 5,7% dəyər itirib.
Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,2715 lirəyə bərabərdir.
Bizim.Media