Bu il yanvar-avqust aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 138 milyon manatlıq məhsul istehsal olunub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 53,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 44,9 faiz artıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda kompüter və elektron avadanlıq satışı ARTDI
Stolüstü kompüterlərin istehsalı 10,2 dəfə, 1000 V- dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 80,3 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 49,4 faiz artıb.
Bizim.Media