Azərbaycanda qeyri-neft sektorunda ixracın həcmi artır.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabında yazıb.
Nazir bildirib ki, bu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. dollardan çox olub.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100-də artıq ölkəyə məhsul ixrac olunub, 161-dən artıq ölkədən idxal olunub.
2021-ci ilin yanvar-iyun aylarında isə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artıb.
Bizim.Media
#Nonoil #export is growing. The volume of non-oil export in the first eight months of 2021 was over 1.58 billion US dollars.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2021