Azərbaycanda benzin bahalaşdı

Hazırda oxunan: Azərbaycanda benzin bahalaşdı

30597

"Aİ-95" ("Premium") markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində "Aİ-95" markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşma deməkdir. 

"Aİ-95" markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və "Azpetrol" YDM-lərində yeni qiymətə satılır.

"Aİ-92" və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur.

Əldə etdiyimiz məlumata görə, "Aİ-95" markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır. Bununla bağlı rəsmi təsdiq yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO