Şərqi Zəngəzur İqtisadi Rayonu - Azərbaycan dövlətinin MESAJI 

Şərqi Zəngəzur İqtisadi Rayonu - Azərbaycan dövlətinin MESAJI 

Hazırda oxunan: Şərqi Zəngəzur İqtisadi Rayonu - Azərbaycan dövlətinin MESAJI 

27967

Artıq Azərbaycanda 10 deyil, 14 iqtisadi rayon mövcuddur. Dünən prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmana əsasən, iqtisadi rayonların bölgüsü belə təsdiq edilib: Bakı iqtisadi rayonu, Naxçıvan iqtisadi rayonu, Abşeron–Xızı iqtisadi rayonu, Dağlıq Şirvan iqtisadi rayonu, Gəncə–Daşkəsən iqtisadi rayonu,Qarabağ iqtisadi rayonu, Qazax–Tovuz iqtisadi rayonu, Quba–Xaçmaz iqtisadi rayonu, Lənkəran–Astara iqtisadi rayonu, Mərkəzi Aran iqtisadi rayonu, Mil–Muğan iqtisadi rayonu, Şəki–Zaqatala iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu, Şirvan–Salyan iqtisadi rayonu.

Qeyd edək ki, iqtisadi rayonlar ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilər hesab edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizi Ermənistandan alındı – KTMT-nin geri çəkilmə SƏBƏBİ


Ekspertlər yeni bölgünün həm siyasi, həm iqtisadi, həm də tarixi baxımından əhəmiyyət daşıdığını qeyd edirlər. Burada ən vacib məqam olaraq Qarabağ iqtisadi rayonunun yaradılmasıdır. Xatırladaq ki, bu iqtisadi rayona Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. 

Azərbaycan dövlətinin Qarabağla bağlı ortaya qoyduğu məqam bir növ beynəlxalq aləmə mesaj kimi qəbul edilə bilər – Qarabağ bizimdir və biz Xocavənd, Xocalı, Xankəndi də daxil olmaqla onun iqtisadiyyatıni necə qurulacağını planlaşdırıq. Sözügedən iki rayonun Rusiya sülhməramlı qüvvələrin nəzarətində olması onlarla bağlı plan qurmağa mane olmur.

Mesajın digər hədəfi isə Xocalı və Xocavənd rayonlarının gələcək taleyi ilə bağlı narahatlıq keçirən Azərbycan xalqı hesab oluna bilər.

Təsnifatda əvvəlki bölgüdə olduğu kimi, Yuxarı Qarabağ iqtisadi rayonunun olmaması da təqdirəlayiq hal kimi qiymətləndirilib. 

Millət vəkili Vüqar Bayramov Qarabağ iqtisadi rayonunun Azərbaycan iqtisadiyyatına verəcəyi töhfələrdən bəhs edib: 

“Mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır”.

Millət vəkili bildirib ki, 27 il ərzində Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faiz olub.

Bu isə həmin torpaqlarımızın işğal altında qalmasının onun iqtisadi potensialından istifadəyə imkan verməməsinin nəticəsidir.

Ekspertlər yeni təsnifatın digər mühüm məqamının Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə bağlı olduğunu bildirirlər. Bu Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdışı hədəfləməsi kimi xarakterizə edilir.

Vüqar Bayramlı da qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunu strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır:

“Bu həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO