Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski X-dəki paylaşımında bildirib.
“Biz Aİ-də Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək etmək üçün istifadə edilməsi planını təsdiqləmişik”, - o deyib.
Onun sözlərinə görə, bu il üçün bu, 3 milyard avroya qədər vəsait almağa imkan verəcək və bu məbləğin 90%-nin Ukrayna ordusunun dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.
Xatırladaq ki, dondurulmuş Rusiya aktivləri məsələsi uzun müddət müzakirə edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:43 / 21.05.2024
Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəliri Ukraynaya KÖÇÜRƏCƏK
Hazırda oxunan: Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəliri Ukraynaya KÖÇÜRƏCƏK
Hazırda oxunan: Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəliri Ukraynaya KÖÇÜRƏCƏK
193296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.