Balaxanıda tullantıların emalı və xidmət müəssisələri yaradılır - SƏRƏNCAM

Balaxanıda tullantıların emalı və xidmət müəssisələri yaradılır - SƏRƏNCAM

Hazırda oxunan: Balaxanıda tullantıların emalı və xidmət müəssisələri yaradılır - SƏRƏNCAM

17598

Prezident İlham Əliyev “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” 28 dekabr 2011-ci il tarixli sərəncamında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sənədlə müəyyən edilib ki, Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir.

Eyni zamanda, resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO