Azərbaycan və ABŞ arasında ətraf mühitin qorunması baxımından bərpa olunan enerji sektorunda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, Azərbaycanın “yaşıl” enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəfləri diqqətə çatdırılıb.
Görüşdə ölkəmizin “yaşıl enerji” ölkəsinə transformasiyası (ənənəvi enerji mənbələrindən “yaşıl” enerjiyə keçid) prosesinə ABŞ-ın dəstəyi, ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialının reallaşdırılması və səmərəli istifadəsi məsələləri də müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
02:51 / 02.06.2023
Azərbaycan və ABŞ "yaşıl enerji"yə keçid layihələrini müzakirə edib
Hazırda oxunan: Azərbaycan və ABŞ "yaşıl enerji"yə keçid layihələrini müzakirə edib
Hazırda oxunan: Azərbaycan və ABŞ "yaşıl enerji"yə keçid layihələrini müzakirə edib
139227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.