Azərbaycan Çinin daha üç şəhərində ticarət evi açacaq

Azərbaycan Çinin daha üç şəhərində ticarət evi açacaq

Hazırda oxunan: Azərbaycan Çinin daha üç şəhərində ticarət evi açacaq

135500

Bu il Çinin Pekin, Çendu və Şenyanq şəhərlərində Azərbaycanın daha üç ticarət evinin açılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu report.az-a müsahibəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

“Made in Azerbaijan” məhsullarının Çinə ixracının artırılması və bu ölkədə məhsullarımızın təbliği məqsədilə, 2018-ci ildən etibarən Çinin müxtəlif şəhərlərində yerli tərəfdaşların dəstəyi ilə Azərbaycan ticarət və şərab evləri açmağa başladı.
Hazırda Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir”, - deyə ticarət nümayəndəsi qeyd edib.

T.Nadiroğlu vurğulayıb ki, Çinin məhşur “JD.com” elektron ticarət platformasında onlayn “Azərbaycan Ticarət Evi”də fəaliyyətdədir:

“Bu ticarət evləri, Çində “Made in Azerbaijan” məhsulları ilə yanaşı, ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialının təbliğində də önəmli rol oynamaqdadır. Bu cür ticarət evlərinin sayının artması ilə daha çox çinli vətəndaşın ölkəmizlə yaxından tanış olmaq imkanı yaranır”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO