Bakıda orta aylıq əməkhaqqı min MANATI KEÇDİ 

Bakıda orta aylıq əməkhaqqı min MANATI KEÇDİ 

Hazırda oxunan: Bakıda orta aylıq əməkhaqqı min MANATI KEÇDİ 

103559

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 068,7 manat təşkil edib.

Bu barədə Bizim.Media-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3 % artıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 % artaraq 829 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO