Ukraynalı futbolçu 4-cü dəfə İngiltərə çempionu oldu – FOTO-VİDEO

Hazırda oxunan: Ukraynalı futbolçu 4-cü dəfə İngiltərə çempionu oldu – FOTO-VİDEO

75677

Ukraynalı futbolçu Aleksandr Zinçenko “Mançester Siti”nin tərkibində karyerasında dördüncü dəfə İngiltərə çempionu olub.

Bizim.Media “news.obozrevatel.com” saytına istinadən xəbər verir ki, son turda “Aston Villa”ya çətin görüşdə qalib gələn (3:2) “şəhərlilər” 93 xalla 1-ci pillədə qərarlaşıb. İkinci yeri isə “Liverpul” tutub.

Zinçenko “Aston Villa” ilə matçda start heyətində meydana çıxıb və məhsuldar ötürmə edib. 76-cı dəqiqəyə qədər "Siti" 0:2 hesabıyla geridə olsa da, sonra ardıcıl üç qol vurmağı bacarıb.

Ukraynalı 78-ci dəqiqədə Rodriyə assist edib, bundan sonra hesab bərabərləşib (2:2). İlkay Gündoğan 81-ci dəqiqədə qələbə qolunu vurub.

"Siti"nin ukraynalı müdafiəçisi Aleksandr Zinçenko üçün bu klubla 10-cu kuboku və ardıcıl ikinci çempionluğu olub. Bir il əvvəl ukraynalı Premyer Liqada yenə qalib gəlmişdi.

Buna qədər 24 yaşlı Ukrayna millisinin futbolçusu “Mançester Siti” ilə birlikdə iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə İngiltərə kubokunun, dörd dəfə İngiltərə Liqa kubokunun və bir dəfə Superkubokun qalibi olub.
Ümumilikdə, 2016-cı ildən bəri Zinçenko “şəhərlilər”ın heyətində bütün yarışlarda 128 matçda çıxış edib, 2 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bizim.Media
 


 









 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO