“Formula 1” üzrə dünya çempionatı başlayır - 10 komanda, 20 pilot

Hazırda oxunan: “Formula 1” üzrə dünya çempionatı başlayır - 10 komanda, 20 pilot

65423

"Formula 1" üzrə dünya çempionatında sayca 73-cü mövsümə bu gün Bəhreyndə start veriləcək. 

Bizim.Media xəbər verir ki, ilk Qran-pri Saxir trasında gerçəkləşəcək. 

Bakı vaxtı ilə saat 16:00-da birinci, saat 19:00-da ikinci sərbəst yürüş olacaq. Martın 19-da saat 16:00-da üçüncü sərbəst yürüş, saat 19:00-da təsnifat mərhələsi keçiriləcək. Mərhələyə martın 20-də saat 19:00-da başlanacaq əsas yarışla yekun vurulacaq. 

Qran-pridə 10 komandadan 20 pilot iştirak edəcək. Bu il də dünya çempionatının rekord sayda - 23 mərhələdən ibarət olması nəzərdə tutulurdu.

Lakin Rusiya Qran-prisinin ləğvi səbəbindən, mərhələlərin sayı 22-yə enib. Hələlik bu Qran-prini əvəzləyəcək ölkə müəyyənləşməyib. İstənilən halda, qonşu ölkədə 2025-ci ilədək "Formula 1"in təşkil olunmayacağı açıqlanıb. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib. Eyni səbəbdən, "Haas" komandası rusiyalı pilotu Nikita Mazepinlə və rusiyalı titul sponsoru "Uralkaliy"lə müqaviləyə xitam verib. 

Təqvimdə ilk dəfə Mayami Qran-prisi (6 - 8 may) yer alıb.  

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. Mövsümə yenə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə (18 - 20 noyabr) yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO