Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı SEÇİLDİ

Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı SEÇİLDİ

Hazırda oxunan: Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı SEÇİLDİ

601205

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi Federiko Valverde həftənin oyunçusu seçilib.

Uruqvaylı futbolçu Madrid təmsilçisinin doğma meydanda "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etdiyi matçda het-trik edərək bu ada layiq görülüb.
 

Valverde hər üç qolu qarşılaşmanın ilk hissəsində rəqib qapısından keçirib. Səsvermədə ikinci pilləni "Atletiko"dan Yulian Alvares, üçüncü yeri "PSJ"nin üzvü Xviça Kvaratsxeliya, dördüncü sıranı isə "Bavariya"nın futbolçusu Maykl Olise tutub.


Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları martın 17-si və 18-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO