"Araz-Naxçıvan" "Benfika"ya MƏĞLUB OLDU

"Araz-Naxçıvan" "Benfika"ya MƏĞLUB OLDU

Hazırda oxunan: "Araz-Naxçıvan" "Benfika"ya MƏĞLUB OLDU

584090

Bu gün "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade" arenasında baş tutan matç Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Portuqaliya təmsilçisinin qollarını İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) vurublar. "Araz-Naxçıvan"ın heyətində isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) fərqləniblər.

Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda "Benfika" 9:0 hesablı qələbə qazanıb.
5 dekabr

21:30. “Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan) - 4:2
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır)

Lissabon. "Pavilhao Fidelidade".

İlk oyun - 9:0

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO