Məşhur futbolçunun ürəyində problem AŞKARLANDI 

Hazırda oxunan: Məşhur futbolçunun ürəyində problem AŞKARLANDI 

55534

“Arsenal”ın və Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

33 yaşlı hücumçu bir müddət öncə koronavirusa yoluxub. Ona görə də kapitan Afrika Millətlər Kubokunda komandasına kömək edə bilmir. Müayinələr nəticəsində onun ürəyində də problemlər yarandığı üzə çıxıb.

Obameyanqın testi yanvarın 6-da müsbət çıxıb. 

Xatırladaq ki, “Bavariya”nın üzvü Alfonso Deyvis də oxşar problemlə üzləşib. Münhen təmsilçisi futbolçunun koronavirusa yoluxduqdan sonra ürəyində problem yarandığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO