Bakıda 621 idmançının iştirakı ilə keçirilən yarış BAŞA ÇATDI

Hazırda oxunan: Bakıda 621 idmançının iştirakı ilə keçirilən yarış BAŞA ÇATDI

48095

Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarının bağlanış mərasimi olub.

Bizim.Media xəbər verir ki, noyabrın 28-də Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin birinci vitse-prezidenti Migel Visente Marino yüksək təşkilatçılığa görə, ali qurum adından minnətdarlığını bildirib.

Qeyd edib ki, son iki həftədə Bakı batut gimnastlarını bir araya topladı. Yarışda yetərinci güclü idmançılar çıxış etdilər.

Onlar artıq gələcəkdə keçiriləcək Olimpiya Oyunları barədə düşünürlər. Hazırki Olimpiya çempionları məhz dünya yaş qrupları yarışlarında çıxış ediblər.

Sonda Migel Visente Marino yarışı bağlı elan edib.
 

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.


Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparıb.

Milli Gimnastika Arenasında 4 gün davam edən yarışda ölkəmizi 15 gimnast təmsil edib.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO