Natiq Qasımov Beynəlxalq Paralimpiya Komitəsinin iclasında iştirak edir

Natiq Qasımov Beynəlxalq Paralimpiya Komitəsinin iclasında iştirak edir

Hazırda oxunan: Natiq Qasımov Beynəlxalq Paralimpiya Komitəsinin iclasında iştirak edir

37082

 Moderator.az-ın verdiyi xəbərə görə, Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyasının 22-24 noyabr tarixlərində Yunanınstanın Afina şəhərində keçirilən iclasında iştirak edir.

Assambleyada BPK-nın rəhbər orqanlarında seçkilərlə yanaşı bir sıra mühüm məsələlər müzakirə ediləcəkdir. AMPK-ın birinci vitse-prezidenti Natiq Qasımov 21 noyabr tarixində BPK-ın prezidenti Ser Filip Greven və Yunanıstan Milli Paralimpiya Komitəsinin prezidenti Spiros Stavrianpolous ilə görüşmüşdür.

Görüş zamanı Natiq Qasımov London 2012 Paralimpiya Oyunlarından sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti haqda məlumat verərək yaxın gələcəkdə komitələrarası qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmişdir. BPK-nın prezidenti Ser Filip Greven AMPK-nın Uşaq Paralimpiya Hərəkatının yaradılması haqda məlumatı eşitməyindən məmnun olduğunu bildirmiş və bu sahədə UNICEF, həmçinin BP-Azərbaycan şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir. Görüşdə Ser Grevenin 2014-cü ildə Azərbaycana səfəri müzakirə edilmişdir.

Baş Assambleya 25 noyabr tarixinədək davam edəcəkdir. Bu müddət ərzində beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün Natiq Qasımovun digər MPK və Beynəlxalq Əlil İdmanı Federasiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulmuşdur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO