Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla xalları yarıya böldü

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla xalları yarıya böldü

24051

İyunun 8-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Qarşılaşma heç-heçə ilə başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi


Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar. Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO