“Qarabağ” Çempionlar Liqasında rekord gəlir əldə edə bilər

“Qarabağ” Çempionlar Liqasında rekord gəlir əldə edə bilər

Hazırda oxunan: “Qarabağ” Çempionlar Liqasında rekord gəlir əldə edə bilər

207589

"Qarabağ" Çempionlar Liqasının pley-offunda "Dinamo"nu məğlub edib, liqa mərhələsinə yüksəlsə, böyük məbləğdə gəlir əldə edəcək.  

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsində iştirak etməklə 4,29 milyon avro qazanacaq. 
 

"Dinamo"nu mübarizədən kənarlaşdıracağı halda isə liqaya düşəcək və bu mərhələdə UEFA 18,6 milyon avro ödəyəcək.  Cari mövsüm UEFA Çempionlar Liqasında hər qələbəyə 2,1 milyon avro, heç-heçəyə isə 700 000 avro verəcək.


Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 2 milyon avro, 9-16-cı yerlərin sahibi isə 1 milyon avro əldə edəcək. Çempionlar Liqasının təsnifatında keçilən hər mərhələyə görə isə 175 000 avro veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO