"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq

Hazırda oxunan: "Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq

187690

“Roma”nın müdafiəçisi Evan Ndika Avropa Liqasının 1/4 finalında “Milan”la cavab oyununu buraxacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Football İtaliya” məlumat yayıb. 

Evanın oyunu buraxmağına səbəb onun İtaliya A Seriyasının 32 turunda “Udineze” ilə oyunda huşunu itirməyidir.

24 yaşlı futbolçu artıq müayinədən keçib və onun ürəyində heç bir problem aşkarlanmayıb. Artıq müdafiəçi evə buraxılıb. Evan istirahət etməlidir. Buna görə də o, görə Avropa Liqasının “Milan”a qarşı cavab oyununu buraxmalı olacaq. 
Qeyd edək ki, İtaliya A Seriyasının 32-ci turunda keçirilən “Udineze” – “Roma” matçı Ndikanın huşunu itirməyinə görə dayandırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO