Azərbaycan kubokunda  finalçılar müəyyənləşdi - FOTO

Hazırda oxunan: Azərbaycan kubokunda  finalçılar müəyyənləşdi - FOTO

187678

Basketbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, ilk yarımfinal oyununda “NTD-İndiqo” “Xəzri” ilə qarşılaşıb. 

“Xəzri” rəqibinə 78:73 hesabı ilə qalib gələrək finala adlayıb. Oyunun ən yaxşısı 18 xal toplayan qalib komandanın üzvü Vüqar Məmişov olub.
Azərbaycan Basketbol Liqasının debütantının finaldakı rəqibi “Sərhədçi” – “Neftçi” arasında keçirilən ikinci yarımfinal oyunundan sonra bəlli olub.

Bu oyunda isə "Neftçi" rəqibinə 91-73 hesabı ilə qalib gəlib. Beləliklə aprelin 20-də saat15:00-da keçiriləcək final görüşündə "Neftçi" ilə "Xəzri" üz-üzə gələcək. Oyun İdman TV ilə canlı yayımlanacaq.










Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO