“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı

Hazırda oxunan: “Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı

187635

Bu il Fransanın ev sahibliyi edəcəyi Paris Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün qalıb.

Bizim.Media xəbər verir ki, 33-cü Yay Olimpiya Oyunları iyulun 26-da keçiriləcək açılış mərasimi ilə rəsmi olaraq start götürəcək. 

Mərasim Sena çayında təşkil olunacaq.

Yay Olimpiadası 1900 və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək. Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 17 gün davam edəcək Oyunlarda 10500 idmançı medallar uğrunda mübarizə aparacaq. Medal qazanan idmançılar özləri ilə Parisin simvolu hesab olunan Eyfel qülləsindən bir parça götürə biləcəklər. Belə ki, qüllənin təmiri zamanı dəyişdirilən hissələr yarış üçün hazırlanmış medalların tərkibinə əlavə olunub. Beləliklə, mükafata layiq görülən idmançılar sinələrində Eyfel qülləsindən orijinal parça daşıyacaqlar. Medalların ortasına qoyulan dəmir parçaların hər birinin çəkisi 18 qram olacaq.

Azərbaycan artıq atletika, atıcılıq, boks, gimnastika, güləş, taekvondo və basketbol olmaqla, 7 idman növündə 17 Olimpiya lisenziyası qazanıb. Bu dəfə ölkəmiz Olimpiya Oyunlarında ilk dəfə komanda idman növündə təmsil olunacaq. Lisenziya sayının Oyunların startınadək artacağı şübhə doğurmur.

Paris Olimpiadasına lisenziya əldə edən Azərbaycan idmançıları

Atletika: Anna Skidan (çəkicatma)

Atıcılıq: Ruslan Lunyov (10 metr məsafəyə pnevmatik tapançadan atəş açma)

Boks: Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Məhəmməd Abdullayev (+92 kiloqram)

Gimnastika: Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası)
 

Yunan-Roma güləşi: Sənan Süleymanov (77 kiloqram), Həsrət Cəfərov (67 kiloqram)

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram), sərbəst güləş

Taekvondo: Qaşim Maqomedov (58 kiloqram)

Basketbol: Qadınlardan ibarət 3x3 basketbol millisi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO