“Qarabağ”ın qapıçısı köhnə telefon işlədir?

Hazırda oxunan: “Qarabağ”ın qapıçısı köhnə telefon işlədir?

187524

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun istifadə etdiyi telefonun markası bəlli olub. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində 32 yaşlı qolkiperin özü deyib.

Azərbaycan çempionunun sözlərinə görə, istifadə etdiyi telefon yeni nəsil deyil. O, illər öncə hədiyyə olunan “iPhone”a sadiq qalmağının səbəbini açıqlayıb:

“iPhone10”dan istifadə edirəm. Amma o, işləyir. Zəng gedir, yazır. Başqa nə lazımdır ki? Bir az donması var. Bu da bir az qıcıqlandırır. Bəlkə də yeniləmək vaxtı çatıb. Bu telefonu mənə Denis Laxter hədiyyə edib. O vaxtdan dəyişməmişəm. 

Mənə iş və ya başqa vacib səbəblərdən telefon lazım olsaydı, məsələyə daha çox diqqət ayırardım. Amma mən yalnız mesajlara cavab vermək və internetdən nəyisə tapmaq üçün yararlanıram”.
Qeyd edək ki, “iPhone10” 2017-ci ilin payızında satışa çıxarılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO