Millimizin keçmiş üzvü üçün mövsüm başa çatdı

Hazırda oxunan: Millimizin keçmiş üzvü üçün mövsüm başa çatdı

187517

Almaniyanın "Dinamo" klubunda çıxış edən Rüfət Dadaşov üçün mövsüm erkən bitib.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü qalan matçlarda Berlin təmsilçisinə kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Məşqdə zədələnən Rüfətin 4-6 həftəyə sağalacağı və mövsümün son oyunlarında iştirak edəcəyi gözlənilirdi. Lakin 32 yaşlı hücumçunun zədəsi daha ciddidir. Təcrübəli forvard yeni mövsüm öncəsi baş tutacaq təlim-məşq toplanışında komandaya qoşulacaq.
Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 28 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO