Millimizin Ukrayna və İngiltərə ilə oyunlar üçün heyəti açıqlandı

Hazırda oxunan: Millimizin Ukrayna və İngiltərə ilə oyunlar üçün heyəti açıqlandı

183115

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. 

Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, toplanışa 25 futbolçu dəvət olunub:

Amin Ramazanov("Qarabağ"), Rüstəm Samiqullin("Sabah"), Yusif İmanov("Sabah"), Süleyman Damadayev("Şamaxı"), İbrahim Ramazanov("Qəbələ"),Seymur Məmmədov
("Sabah"), Cəlal Hüseynov("Arda",Bolqarıstan) Həzrət İsayev("İmişli"), Abdulla Rzayev ("Araz-Naxçıvan"), Rüfət Əhmədov("Kəpəz"), Rüfət Abbasov("Neftçi"), Ayxan Süleymanlı
("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı"), Nazim Həsənzadə ("Zirə"), Camal Cəfərov ("Kəpəz"), Ramin Nəsirli("Araz-Naxçıvan"), Xəyal Əliyev ("Sabah"), Murad Vəliyev ("Nomme Yunayted", Estoniya), Fərid Yusifli("Turan Tovuz"), Emil Səfərov("Qəbələ"), Zeynəddin Abdurahmanov("Səbail"), Samir Abdullayev("Səbail"), Mehrac Baxşalı ("Qəbələ"), Nəriman Axundzadə("Qarabağ"), Ağadadaş Salyanski("Neftçi")

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq.
Hər iki oyun "Azersun Arena"da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO