Azərbaycan cüdoçuları bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində tatamiyə çıxıb.
Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerova ipponla məğlub edərək 1/8 finala yüksəlib. Döyüşdə onun rəqibi böyük britaniyalı Maks Stüart olacaq.
MÖVZU İLƏ BAĞLI:
“Böyük dəbilqə”: Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq
100 kq-dan yuxarı çəkidə yer alan Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla məğlub edib.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə bu gün yekun vurulacaq.
Bizim.Media