Ermənistan-Türkiyə matçının hakimi bəlli OLDU

Hazırda oxunan: Ermənistan-Türkiyə matçının hakimi bəlli OLDU

126766

AVRO-2024-ün seçmə mərhələsinin martın 25-də baş tutacaq Ermənistan - Türkiyə görüşünün hakimləri bəlli olub.

Bizim.Media xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. 

Oyunun baş hakimi Xose Mariya Sançesdir. Ona Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopes yerinə yetirəcək. İrəvanda keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO