Məhkumları daşıyan maşın qəzaya düşdü:  Ölən var

Məhkumları daşıyan maşın qəzaya düşdü: Ölən var

Hazırda oxunan: Məhkumları daşıyan maşın qəzaya düşdü: Ölən var

87699
Faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus olan, məhkumların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsi ilə “Pajero”x9d markalı avtomobil toqquşub.

Moderator.az xəbər verir ki, “Yeni Müsavat”x9da daxil olan məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində baş vermiş qəza zamanı “Pajero”x9d markalı avtomobilin sürücüsü dünyasını dəyişib. 

Daxili İşlər Nazirliyi saytında yer alan məlumatda bildirlir ki, iyulun 25-də 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Hacıyevin idarə etdiyi “Toyota”x9d və Tofiq Xudabaxşiyevin idarə etdiyi “QAZ-3309”x9d markalı avtomobillər toqquşub. 

Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, E.Hacıyev orada ölüb. Saytda məhkumları daşıyan “QAZ-3309”x9d markalı avtomobildə məhkumların xəsarət alıb-almaması haqda məlumat verilmir.

Verilən məlumata görə, olay məhkumlar məhkəməyə aparılarkən baş verib. Qəza zamanı sürücüdən başqa  nəzarətçilər və 6 məhkum müxtəlif dərəcəli xəsarətlər alıblar.  Qəzanın “Pajero”x9d markalı avtomobilin yüksək sürətlə idarə olunması və yolun əks tərəfinə çıxması səbəbindən baş verdiyi bildirilir.

Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO