“Saxla” əmrinə tabe olmayan sürücü polisi vurdu

“Saxla” əmrinə tabe olmayan sürücü polisi vurdu

Hazırda oxunan: “Saxla” əmrinə tabe olmayan sürücü polisi vurdu

39362
Yanvarın 5-də saat 23 radələrində Biləsuvar şəhərinin ərazisində “Mercedes” markalı avtomobil yol polisini vurub. Moderator.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov “saxla” işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti “BMW” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.
Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıb.

R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO