Moderator.az Meduza saytına istinadən xəbər verir ki, 9 noyabrda Melbrunda naməlum kişi avtomobillə ticarət mərkəzinə girib. Bundan sonra maşın yanmağa başlayıb (maşında qaz balonu olub) və terrorçu bıçaqla polislərə və ətrafdakılara hücum edib.
Yaxınlıqda olan evsiz Maykl Rocers cinayətkarı saxlamağa cəhd edib. O yaxınlıqdakı market arabasını götürüb və bir neçə dəfə hücum edənin üzərinə sürüb. İnsident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb. Hadisə terror aktı hesab olunub və məsuliyyəti terrorçu İslam Dövləti üzərinə götürüb.
Rocersin son ana qədər mübarizə apardığı video internetdə yayılandan sonra istifadəçilər bu evsiz adamın qorxmazlığına heyrət ediblər.
İnsidentdən sonra jurnalistlər və xeyriyyə təşkilatları Rocerslə əlaqə saxlayıb və xeyriyyə kampaniyası təşkil olunub. Kampaniya “Sağ ol, arabalı adam” adı altında keçirilib və 130 min dollar pul toplanıb. Təşkilatçılar evsiz adama ev tapmağı və pullarını necə sərf etməyə kömək edəcəklərini söz veriblər.
Maraqlı orasıdır ki, hadisənin qəhrəmanı hələ bu xeyriyyəçilikdən xəbərsizdir - pulların təqdim olunması ona sürpriz olacaq.


































































































