Bir neçə ay öncə Zərdab rayonunda şəhidin ruhunun təhqir olunması ilə bağlı xəbər dərc etmişdik.xa0
Xəbərdə qeyd olunurdu ki, Bıçaqçı kənd sakini Rəsulov Eyvaz, həmin kənddə doğulmuş xa0şəhid Hacıyev Müşvüq Zabit oğlunun ruhunu və abidəsini yazılı və şifahi şəkildə təhqir edir.
Məsələ ilə bağlı bu gün şəhidin atası xa0Hacıyev Zabit xa0Respublika Prezidentinə, Respublikanın birinci xanımına, Baş Prokurorluğa, Müdafiyə Nazirliyinə və digər instansiyalara ərizə ilə müraciət edib.xa0
Bir surətini də redaksiyamıza göndərdiyi ərizəsində şəhid atası yazır:
“Azərbaycanın ərazi bütovlüyü uğrunda, millətimizin sağ qalması uğrunda şəhid olmuş oğlum Müşfiqi 18 il halal çörəyimlə, zəhmətimlə böyüdüb tərbiyə vermişdim. Ölkəmizin çətin günündə oğlumu hərbi xidmət üçün Azərbaycan dövlətinə verdim. 25 ildir qəlbimdə, dilimdə vətən sağ olsun deyirəm. 25 ildir xa0oxuduğu orta məktəb oğlum şəhid Hacıyev Müşfiqin adını daşıyır. 25 ildir ki, şəhidin adına olan məktəbin həyətində onun abidəsi var. Bu məktəbdə təxminən hər il 400-ə yaxın tələbə təhsil alır. Hər il sentyabr ayında ilk dərs başlayanda məktəbin önündə şəhid yad edilir. xa025 ilə yaxındır ki, heykəlin önündə şəhidin ad günü qeyd olunur; hamısı da dövlət səviyyəsində.
Onu da bildirirəm ki, 1993-cü ilin 13 avqust tarixində Bıçaqçı kənd orta məktəbinin həyətində şəhidin adını əbədiləşdirmək və gənclərdə vətənpərvərlik, qəhrəmanlıq ruhunu yüksəltmək üçün Rayon İcra Hakimiyyətinin, Hərbi Komissarlığın, Şirvan Kolxozunun (Bıçaqçı kəndi) dəstəyi və iştirakı ilə abidə qoyulub. Abidənin müəllifi Mingəçevir şəhərində fəaliyyət göstərən heykəltaraş Adilbəyli Böyükkişi Adil oğludur. Həykəltaraş abidəni özü məktəbin həyətində quraşdırmışdır.
Bütün bunlara baxmayaraq, həmkəndlim Rəsulov Eyvaz prokurorluğa yazdığı ərizəsində iddia edir ki, xa0guya Hacıyev Müşvüq Zabit oğlu şəhid olmayıb.xa0
Sizə bildirirəm ki, Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü il sentyabr ayının 16-da imzaladığı fərmanla şəhid Hacıyev Müşvüq Zabit oğlunu ölümündən sora “Hərbi xidmətlərinə görə”x9d Medalı ilə təltif edib. Belə məlum olur ki, Rəsulov Eyvaz xa0tək şəhid oğluma yox, Ümummilli xa0Liderimizə də şər atır.
Rəsulov Eyvaz davamlı şəkildə yazdığı ərizələrində böyük oğlum Hacıyev Təvəkkülün də xa0şərəfini, ləyaqətini, şəxsiyyətini təhqir edib. Özümə də oğru kimi böhtan atıb
Zərdab rayon İcra Hakimiyyəti xa0Başçısı Lütvəli Babayev Rəsulov Eyvazın ərizəsinə cavab olaraq bildirmişdir ki, onun ərizəsi əsassızdır.
xa0Buna baxmayaraq E. Rəsulov inadkarlığından əl cəkməmiş, şəhidin ruhunu, abidəsini təhqir etməkdə davam etmişdir. xa0Buna görə də mən Rəsulov Eyvazı xa0Zərdab rayon məhkəməsinə vermişəm. xa0Acınacaqlı haldır ki, E. Rəsulov hələ də öz təhqirlərini, söyüşlərini dayandırmır.
xa0Əgər Şəhid oğlumu Azərbaycan torbağında rahat uyumağa qoymayan şəxslər cəzalandırmazsa, mən son ümidimi itirmiş olacam və xa0şəhid oğlumun məzarını, abidəsini də götürüb, ailəmlə birlikdə Azərbaycan Respublikasını tərk etmək məcburiyyətində qalacam”x9d.





























































































