Rusiyanın “Qazprom”x9d şirkətinin rəhbəri Aleksey Miller bu gün Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayevlə işgüzar görüşü zamanı Azərbaycana “zəruri həcmlərdə”x9d qaz satmağa hazır olduqlarını bildirib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Qazprom”x9dun yaydığı press-relizdə bildirilir. Görüşdə energetika sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Qazprom”x9d bildirir ki, iqtisadiyyatın böyüməsi və daxili tələbatın artması ilə bağlı Azərbaycanın böyük həcmlərdə qaz təchizatına ehtiyacı yaranıb.
“Qaza daxili tələbatın artması və Azərbaycan iqtisadiyyatının böyüməsi ilə əlaqədar olaraq “Qazprom”x9d respublikanın idxala olan zəruri həcmlərdə tələbatını ödəməyə hazırdır”x9d- deyə press-relizdə bildirilir.
İlk baxışdan Azərbaycanın yenidən Rusiyadan qaz idxal etməyə maraq göstərməsi nonsens hesab oluna bilər. Çünki Azərbaycan özü qaz ixracatçısıdır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas oyunçulardan biri kimi çıxış edir və “Qazprom”x9dun bazarına girməyə çalışır.
Digər tərəfdən, Azərbaycan 2008-ci ildən Rusiyadan qaz idxalını tamamilə dayandırıb, tələbatını öz hesabına ödəməyə başlayıb. Üstəlik Gürcüstanın qaza olan tələbatının da demək olar ki, hamısını Azərbaycan ödəyir.
Nonsens həm də onunla izah oluna bilər ki, Azərbaycan həm də Rusiyanın özünə qaz ixrac edən ölkədir. 2009-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən “Qazprom”x9d SOCAR-dan ildə 2 milyard kubmetr qaz almalıdır. Qaz təchizatı 2010-cu ildə kiçik həcmlərlə başlayıb, 2013-cü ildə Azərbaycan Rusiyaya 1,4 milyard kubmetr qaz ixrac edib.
2014-cü ildə ixrac həcmi cəmi 0,21 milyard kubmetr təşkil edib və ilin əvvəllərindən Azərbaycandan Rusiyaya qaz ixrac edən kəmər “yolda təmir işləri ilə əlaqədar”x9d bağlanıb.
Bu il isə Rusiyaya Azərbaycandan qaz ixrac edilməyib. Və indi “Qazprom”x9d yenidən Azərbaycana qaz satmağa hazır olduğunu elan edir.
Azərbaycanda qaz hasilatının son iki ildə azaldığı məlumdur. Bu səbəbdən Azərbaycan Türkiyəyə nəzərdə tutulan həcmdə qaz sata bilməyib. Ölkədə qazlaşdırma tempi kəskin aşağı düşdüyündən istehlak həcmində kəskin artım yoxdur. Söhbət əhali kateqoriyasından olan istehlakçılardan gedir.
Bəs o zaman SOCAR-ı nə məcbur edib ki, yenidən “Qazprom”x9dun müştərisinə çevrilmək istəsin?
SOCAR-ın Rusiyadan qaz almaq üçün müraciət etməsinin səbəbi Beynəlxalq Banka olan 830 milyon dollarlıq kredit borcuna (faizləri ilə birlikdə) həbs edilən, daha sonra buraxılan oliqarx Nizami Piriyevin metanol zavodudur.

Piriyevin Qaradağdakı “AzMeCo”x9d metanol zavodunun əsas xammal olan təbii qazın kəsilməsinə görə bu ilin mart ayından işini dayandırdığını yazmışdıq.
Araşdırmalarımız zamanı məlum olmuşdu ki, SOCAR zavoda tələb olunan həcmdə qaz verə bilməyib. Zavodun qaza olan illik tələbatı kifayət qədər böyükdür ”” 600 milyon kubmetrdir. Qazın kəsilməsi zavodun işini dayandırıb və nəticədə Piriyev kredit borclarını ödəmək iqtidarında olmayıb.
Lakin Piriyev borclarının bir hissəsini ödəyərək azadlığa çıxıb və mətuata bəyan etmişdi ki, iyunun əvvəlindən metanol zavodunun işi bərpa olunacaq. Onun azadlığa çıxması SOCAR rəhbərliyinin zavodun işləyəcəyinə və kredit borclarının qaytarılacağına dair verdiyi zəmanət sayəsində mümkün olmuşdu.
SOCAR zavoda qaz verilməsini qismən bərpa edib və “AzMeCo”x9d metanol istehsalına başlayıb. İndi zavodun tam həcmdə təbii qazla təchiz edilməsi məsələsini həll etmək lazımdır ki, bu da görünür, SOCAR-ın imkanları daxilində deyil.
Qaz hasilatı azaldığından və xarici müqavilələr üzrə öhdəlikləri ilk növbədə yerinə yetirmək tələb olunduğundan SOCAR “AzMeCo”x9dya ildə 600 milyon kubmetr qaz verə bilməyəcək. Məlumata görə, həmin həcmdə qazı Rusiyadan almaq qərarlaşdırılıb.


























































































