“Erməni kilsələrinin Türkiyəyə qarşı əmlak və  ərazi iddiası reallaşa bilər”x9d

“Erməni kilsələrinin Türkiyəyə qarşı əmlak və ərazi iddiası reallaşa bilər”x9d

Hazırda oxunan: “Erməni kilsələrinin Türkiyəyə qarşı əmlak və ərazi iddiası reallaşa bilər”x9d

77540

Erməni kilsəsinin katalikosu II Qaregin və Livandakı Kilikiya katalikosu Birinci Aram Türkiyəyə qarşı əmlak və ərazi iddiası ilə çıxış edib. Rəsmi Ankaraya üz tutan II Qaregin Eçmiədzin kilsəsinin Türkiyə tərəfindən müsadirə edilmiş əmlakını, Birinci Aram isə Kilikiya katalikosunun Türkiyədəki torpaqlarını geri qaytarmağa çağırıb və Türkiyənin Konstitusiya Məhkəməsinə müraciət edib.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa erməni kilsələrinin bu iddialarının təmin olunma ehtimalının mümkünlüyünə diqqət çəkib:

“Kilsələrin əmlak və ərazi iddiasının reallaşmasını mümkün hesab edirəm. Çünki Türkiyədəki bugünkü anlayış və yanaşma ilə ermənilər istənilən iddialarını reallaşdıra bilərlər. Burada heç bir təəccüblü şey yoxdur. Çünki Türkiyənin məsələlərə  yanaşmasının özü yanlışdır. Ermənilərin türklərə qarşı etdiyi cinayətlərlə bağlı qabaqlayıcı addımlar kifayət qədər atılmayıb. Türkiyə Azərbaycanın Qarabağ problemi və bu problemdən doğan onlarla digər problemdən də ermənilərə qarşı istifadə etməlidir. Lakin təəssüf ki, bu görünmür. Bu baxımdan hesab edirəm ki, ermənilər Türkiyəyə qarşı istənilən iddianı reallaşdıra bilərlər”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO