Milli Məclis bir sıra ölkələrlə imzalanmış hökümətlərarası sazişləri və beynəlxalq sənədləri ratifikasiya edib.
Moderator.az xəbər verir ki, Milli Məclis bu gün keçirilən iclasda Azərbaycanla Qətər arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair sazişi, Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə kredit Sazişini, Azərbaycanla İran arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannaməni, Azərbaycanla İran arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandumunu, Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolun təsdiq edilməsi, Azərbaycan və Bolqarıstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsini müzakirə edərək qəbul etdi.
Parlament eyni zamanda Azərbaycanla Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsini, Azərbaycan Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında Sazişin təsdiq edilməsini müzakirə edərək qəbul edib.





























































































