"Bunun nəticəsində aidiyyatı beynəlxalq təşkilatlar məsələyə laqeyd yanaşır"
Bunu Aktual.az-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bu ilin iyul ayında Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) biganə yanaşması barədə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ mümkün qədər gündəmdə saxlanılmalıdır: "Bizim təbliğat və təzyiqlərimizdən çox şey asıldır. Görünür, yetərli qədər təbliğat aparmırıq və məsələni lazımı qədər gündəmdə saxlamırıq. Ermənilər bu istiqamətdə daha aktivdirlər. Bir dəfə mətbuatda nə isə dediksə, sonradan arxasınca düşüb sona çatdırmırıq. Bunun da nəticəsində aidiyyatı beynəlxalq təşkilatlar laqeydləşir. Onları hərəkətə gətirib "silkələmək lazımdır". Biz bunu etməyəndə onların nə vecinə ki, azərbaycanlılara zülm edirlər".





























































































