Bu gün Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25 ili tamam olur və bu münasibətlə həmin hərəkatın şinelindən çıxmış hər bir partiya onu özününküləşdirmək təşəbbüsündə bulunur və bu ilki yubiley törənləri də bunu bir daha çılpaqlığıyla ortaya qoydu...
Eks-spiker Rəsul Quliyevsə okeanın o tayından baş verənlərlə bağlı müşahidələrini Moderator.az-a göndərib:
"1987-ci il Gorbaçov yenidənqurması başlayandan sonra demək olar ki, bütün respublikalarda belə bir ad altında xalq hərəkatını idarə etmək üçün qurumlar yaradıldı. Azərbaycan Xalq Cəbhəsi də xalq hərəkatına proqramlı və planlı siyasi rəhbərlik etmək üçün yaradılmış bir təşkilat oldu. İlk iclasında yaradılmış idarə heyətinə
”¢İsa Qəmbər
”¢Etibar Məmmədov
”¢Hikmət Hacızadə
ӢLeyla Yunus
”¢Pənah Hüseyn
”¢Nəcəf Nəcəfov
”¢Tofiq Qasımov
”¢Yusif Səmədoğlu
”¢Zərdüşt Əlizadə
”¢Sabit Bağırov
”¢Sülhəddin Əkbər
”¢Canbaxış Umudov
”¢Nemət Pənahlı
”¢Rəhim Qazıyev
”¢Ələkrəm Hümbətov
”¢Əbülfəz Elçibəy
yuxarıda adları yazılmışlar seçildi. (Siyahı Vikepidiyada olduğu kimi verilir). Adlar əlifba siyahısı ilə düzlənib. Bu, Azərbaycanın 1989-1992-ci il tarixinin mühüm bir hissəsidir. AXC xalq hərəkatına rəhbərliyində uğurlar qazanmaqla yanaşı çox ağır səhvlərədə yol vermişdi. Xalq Cəbhəsinə liderlik etmək üçün ancaq iki şəxsin olduğunu görmək çətin deyil. Müxtəlif qrupları və ideyaları dəstəkləyənlərin əksəriyyətinin qəbul edə biləcəyi iki fiqurun- yəni Ə. Elçibəy və Y.Səmədoğlunun olduğu göz qabağındadır. Y.Səmədoğlunun siyasətdə kateqorik iştirak etmək istəməməsi hamının yeganə variant olaraq Ə.Elçibəyin üzərində dayanması ilə qurtardı. Təbii ki, Elçibəyin şəxsi keyfiyyətləri və yüksək intellekti sözsüz ki, danılmaz idi.
AXC faktiki olaraq 1990-cı il yanvar hadisələrindən sonra dağılmağa başlamışdı və bu hadisə 1991-ci ilin axırında demək olar ki, başa çatdı. 1992-ci ildən başlayaraq yaranmış bütün partiyaların hamısının mənbəyi (o cümlədən hakimiyyət və hakimiyyətyönlü partiyalar) klassik AXC-dən gəlir və hər biri özünü onun varisi hesab edə bilər. Yaxın keçmişimizi təhrif etmək , xal qazanmağa cəhd etmək sadəcə olaraq ayıbdır. O dövrdə xalq hərəkatına rəhbərlik etmək üçün yaradılmış AXC-ni özəlləşdirmək olmaz o bütün xalqa məxsusdur, uğursuzluqları və uğurları ilə."

































































































