Ali məktəblərdə ödənişli təhsil və qəbul planının ləğvi təklif olundu

Ali məktəblərdə ödənişli təhsil və qəbul planının ləğvi təklif olundu

Hazırda oxunan: Ali məktəblərdə ödənişli təhsil və qəbul planının ləğvi təklif olundu

38280
“Bu gün orta məktəb şagirdləri repetitorların yanında hazırlaşırlar, ali məktəbi bitirən məzunlar şirkətlərə işə qəbul üçün hazırlıq kurslarına gedirlər. Cəmiyyət buna normal yanaşır, ancaq bu, normal hal deyil”.
 
APA-nın məlumatına görə, bunu bu gün keçirilən Azərbaycan Müəllimlərinin XIV qurultayında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.
 
B. Əliyev bildirib ki, müəllim kadrların hazırlanması ən ağrılı məsələdir: “Azərbaycanda müəllim hazırlığı ilə bağlı bitkin model yoxdur. Biz bu işi köklü şəkildə yenidən qurmalıyıq”.
 
Millət vəkili qeyd edib ki, irəliləyişə nail olmaq istəyiriksə, müəllimin nüfuzunun geri qaytarılmasına nail olmalıyıq. O, təhsil sistemində psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması və tətbiqini də zəruri sayıb: “Təhsil Nazirliyi yanında yeni metodik mərkəz yaradılmalı, pedaqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidmət önə çəkilməlidir”.
 
B. Əliyev təhsilin inkişafı ilə bağlı təkliflərini də açıqlayıb: “Yeni nəsil universitetlər yaradılmalı, orada rəqabət qabiliyyətli ixtisaslı kadrlar, mütəxəssislər hazırlanmalıdır. Mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planı ləğv edilməlidir. Qəbul dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati müstəqillik verilməlidir. Eyni zamanda müəllimin nüfuzunu artırmaq üçün ona dövlət qulluqçusuna bərabər status verilməlidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO